“Milan”ın yay transfer hədəfi bəlli olub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi Marko Asensionu heyətinə qatmaq niyyətindədir.
26 yaşlı futbolçunun “Real”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Onunla anlaşmanın uzadılması gözlənilmir.
Bu üzdən Madrid təmsilçisinin oyunçunu bu yay satması real sayılır. Transferin 25 milyon avroya başa gələcəyi ehtimal olunur.