Keçmiş isveçli futbolçu Zlatan İbrahimoviç “Milan”a qayıda bilər.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, İbrahimoviç “Milan”ın rəhbərliyində vəzifələrdən birini əldə etməyə bir addım qalıb ki, bu da ona baş məşqçi Stefano Pioli ilə sıx əməkdaşlıq etməyə imkan verir – məsələn, komanda meneceri.
42 yaşlı isveçli futbolçu ötən mövsümün sonunda karyerasını başa vurub.