“Milan” hücumçu Olivier Jirunun agentləri ilə yeni görüş təyin edib.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qeyd olunur ki, tərəflər 36 yaşlı hücumçunun 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin uzadılmasını müzakirə etmək niyyətindədir.
Yeri gəlmişkən, bu mövsüm futbolçu "rossonerilər"in heyətində bütün turnirlərdə 27 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.