
Məsut Özilin keçəcəyi klub müəyyənləşdi
“Fənərbaxça” ilə ilkin razılığa gələn Məsut Özilin yeni komandasında qazanacağı məbləğ müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Arsenal”la mövsümün sonuna qədər olan müqaviləsini pozmağa çalışan Almaniya millisinin sabiq üzvü İngiltərədəki qazancından qat-qat az alacaq.
“Topçular”da sözləşmənin ləğvi müqabilində 8 milyon avrodan imtina etməyə razı olan ulduz futbolçu “sarı-lacivərdlilər”də illk maaşı 3,5 milyon avro təşkil edəcək. Bundan başqa, Özilin iki reklam sponsoru və əlavə bonusları da olacaq.
“Fənərbaxça” ilə 3,5 illik sazişə qol çəkəcək 33 yaşlı pleymeykerin geyinəcəyi forma nömrəsi də bəllidir. Əslən Zonquldakdan olan Özil məmləkətinin avtomobil seriyası olan 67 nömrəsini daşıyacaq. Ancaq mövsüm bitdikdən sonra 10 nömrə ona həvalə ediləcək.
Qeyd edək ki, “Arsenal”a 2013-cü ildə “Real”dan keçən Məsut Özil cari mövsüm Premyer Liqa və avrokubok matçları üçün iştirak ərizəsinə salınmayıb.

Oxşar yazılar

Ceko “Roma”nın heyətindən uzaqlaşdırıldı, klubdan gedə bilər
23 yanvar 2021 , 19:56
“Arsenal' İngiltərə Kubokundan kənarlaşdırıldı
23 yanvar 2021 , 19:08
“Qalatasaray”ın yeni transferi İSTANBULDA
23 yanvar 2021 , 15:00
Ozan Can Kökçü “Alkmaar”la oyunda debüt etdi
23 yanvar 2021 , 12:01
“Çelsi”nin baş məşqçisi postuna NAMİZƏDLƏR
23 yanvar 2021 , 00:10
“F-16-lar təyyarəmizi səmada əhatəyə aldılar... Dedim çox öpmə, səhv başa düşərlər” - SİRLİ ULDUZLAR
22 yanvar 2021 , 20:15
FİFA-nın keçmiş prezidenti komaya düşdü
22 yanvar 2021 , 19:17
Millimizin futbolçusuna Hollandiya klubunda yer açıldı
22 yanvar 2021 , 19:11