Messinin şirkətində hamı işdən qovuldu
11 fevral 2022 14:22 (UTC +04:00)

Messinin şirkətində hamı işdən qovuldu

PSJ-nin hücumçusu Lionel Messiyə məxsus “MIM Hotels” otellər şəbəkəsi İspaniyanın Kadis şəhərində otel alıb.

Apasport.az saytının məlumatına görə, şirkət dərhal otelin heyətini tamamilə yeniləməyə qərar verib.

Nəticədə orada çalışan 40-a yaxın əməkdaş işsiz qalıb. Onlar arasında 20 ildən çoxdur oteldə fəaliyyət göstərənlər də var. Ancaq bu kütləvi ixtisar Kadis əyalətinin meri Xuan Karlos Ruis Boysun narazılığına səbəb olub. O, açıqlamasında peşəkarların işinə dönməsinə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, Lionel Messi ötən yay “Barselona”dan ayrılaraq, azad agent kimi PSJ-yə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar