Lionel Messinin ötürmə verdiyi bazar günü PSJ – “Reyms” (4:0) oyunundan sonra argentinalı Kataloniyaya uçub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Leo, Kataloniya komandasındakı keçmiş komanda yoldaşları - "Barselona"nın baş məşqçisi Xavi və yarımmüdafiəçi Serxio Busquets ilə Barselonadakı bir restoranda nahar edib.
Bu, Messinin keçmiş klubu “Barcelona”ya mümkün qayıdışı ilə bağlı şayiələrə inamı da artırıb.
Daha əvvəl yazıldığı kimi, Lionelin çoxdankı dostu olan Xavi faktoru Messinin geri qayıtmasında həlledici rol oynaya bilər.
Bəli, Messi özü də artıq Kataloniya komandasına qayıdacağına söz verib, lakin nə vaxt olacağını açıqlamayıb.
"Mən həmişə demişəm ki, nə vaxtsa "Barselona"ya qayıdacağam, çünki bura mənim evimdir, çünki kluba bacardığım qədər kömək etməyə çalışmaq istəyirəm. Geri qayıtmaq istərdim”, - Lionel bir müddət əvvəl belə demişdi.
Messinin PSJ ilə müqaviləsi 2023-cü il iyunun 30-na qədər nəzərdə tutulur. Həmin vaxt onun 36 yaşı olacaq.