Messi yenə sürpriz etdi - təkcə futbolla yaşamadığını  təsdiqlədi
25 may 2024 18:24 (UTC +04:00)

Messi yenə sürpriz etdi - təkcə futbolla yaşamadığını təsdiqlədi

Hazırda MLS-də Şərq Konfransının lideri "İnter Mayami"dir. Komandanın 31 xalı var və ikinci yerdə olan Cincinnatidən bir xal öndədir.

Lent.az xarici mediaya istinadla bildirir ki, cari kampaniyada Devid Beckham komandasının vacib oyunçusu Lionel Messidir. Argentinalı 13 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Futboldan əlavə 36 yaşlı Messi daha bir reklam kampaniyasının siması olub. Futbolçu “Adidas F50” idman ayaqqabısının reklamında iştirak edib.

Ayaqqabının premyerası mayın 21-də baş tutub. Messi sözügedən ayaqqabı ilə "İnter Mayami"nin növbəti oyunlarında və Amerika Kuboku zamanı oynayacaq.

Kampaniya çərçivəsində 37 yaşlı idmançının “2016 Formula 1” avtomobilinin yanında poza verdiyi fotolar çəkilib. Avtomobil argentinalının əlində tutduğu ayaqqabının rəngində idi.

Messi İnstaqramda "Axtardığım sürətlə avtomobil tapdım" yazıb.

Messi ötən ilin iyulunda “İnter Mayami”yə keçib. O vaxtdan bəri 27 oyun keçirib, 23 qol vurub və 16 məhsuldar ötürmə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Oxşar yazılar