Messi “Qızıl top” mükafatını qazanıb? –  Şayiələrə  CAVAB
30 oktyabr 2023 16:31 (UTC +04:00)

Messi “Qızıl top” mükafatını qazanıb? – Şayiələrə CAVAB

“France Football”un baş redaktoru Vinsent Qarsiya bu il “Qızıl top” uğrunda rəqabətin gərgin keçdiyini bildirib.

Lent.az-ın xəbərinə görə, daha əvvəl mətbuatda yazılıb ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi bu il kuboku qazandığı haqda artıq məlumatlandırılıb.

“Şayələr həmişə olub. Bu medianın oyunudur. “Qızıl top”un qalibini əvvəlcədən elan etmək istəyini başa düşürük, lakin şayiələrə həmişə inanmaq lazım deyil. Çünki çox az adam xəbərdardır”, – Qarsiya bildirib.


2023-cü ilin “Qızıl top” mərasimi oktyabrın 30-da Parisdəki “Şatle” teatrında keçiriləcək. 2022-ci ildə mükafatın qalibi bu il “Əl-İttihad”a keçən “Real”ın keçmiş hücumçusu Kərim Benzema olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9837
avatar

Oxşar yazılar