“Mundo Deportivo” PSJ-nin argentinalı hücumçusu Lionel Messinin parislilərlə müqaviləsi başa çatdıqdan sonra karyerasını davam etdirmək variantlarını açıqlayıb.
Lent.az xəbər verir ki, 34 yaşlı hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edilir ki, Messi ya daha bir il PSJ-də qala, ya da Avropanı tərk edə bilər. Argentinalı vətəninə qayıtmaq və ya ABŞ-a getmək arasında seçim edəcək.
Aprelin 1-də Messinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu MLS-nin “İnter Mayami” klubu ilə maraqlandığı bildirilmişdi. Qeyd olunub ki, Amerika tərəfi argentinalının transferinə 2022-ci ilin yayında nail olmaq niyyətindədir.
Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Bundan əvvəl o, "Barselona"da oynayıb, burada 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub.