Lionel Messi peşəkar futbolçu karyerasını vətəni Argentinada başa vuracaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, jurnalistlər əfsanəvi futbolçunun 2025-ci ilin yayında Argentinanın "Nyuells Old Boyz"a keçəcəyini öyrəniblər.
Hücumçu "İnter Mayami" ilə hazırkı müqaviləsini yeniləməmək qərarına gəlib və müqavilə başa çatdıqdan dərhal sonra Devid Bekhemin klubunu tərk edəcək. Bundan sonra 7 “Qızıl top”un qalibi doğma “Nyuells Old Boyz”da oynamağı planlaşdırır.
Bu klub Messi üçün xüsusidir, çünki o, 1995-ci ildən 2000-ci ilə kimi məhz burada futbol oynayıb, bundan sonra “Barselona” onunla müqavilə imzalayıb.
Qeyd edək ki, bu mövsüm 36 yaşlı Lionel Messi "İnter Mayami"nin heyətində 12 oyun keçirib və bu oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Leo kluba tarixdə ilk kubokunu - Liqa Kubokunu qazanmağa kömək edib.