PSJ-nin argentinalı hücumçusu Lionel Messi sentyabrda Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, səslərin 57 faizini qazanıb.
Sentyabrda 35 yaşlı futbolçu Fransa çempionatında 3 oyun keçirib, bir qol və üç məhsuldar ötürmə müəllifi olub.
Messi PSJ-nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 8 qol vurub, 8 məhsuldar ötürmə verib.