Messi bu kluba keçidini  təxirə saldı
06 iyun 2023 13:53 (UTC +04:00)

Messi bu kluba keçidini təxirə saldı

Argentinalı hücumçu Lionel Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transferini təxirə salmaq istəməsi məlum olub. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumçu “Barselona”ya qayıtmağa ümid etdiyi üçün 2024/2025 mövsümü üçün Səudiyyə Ərəbistanı komandasına keçidi təxirə salmaq istəyir. Qeyd olunur ki, futbolçunun nümayəndələri artıq “Əl-Hilal” rəhbərliyinin üzvləri ilə bu məsələni müzakirə ediblər.

İyunun 5-də hücumçunun atası Xorxe oğlunun yenidən İspaniya klubunda oynamaq istəyindən danışıb: “Messi Barselonaya qayıtmaq istəyir və mən onun qayıtmasını istərdim. Belə bir ssenari mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4767
avatar

Oxşar yazılar