“Manchester United”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun yeni dünyaya gəlmiş körpəsi ölüb.
Lent.az-ın xəbərinə görə, məşhur futbolçu bu barədə sosial şəbəkədə bildirib.
Ötən oktyabrda Ronaldo əkiz uşaq gözlədiklərini bildirmişdi. Lakin qız yaşasa da, oğlan tələf olub.
“Dərin kədər hissi ilə bildirirəm ki, bizim körpəmiz tələf oldu. Bu, bir valideynin keçirə biləcəyi ən böyük kədərdir. Lakin qızımızın dünyaya gəlməsi bizə ümid verir” – deyə məşhur idmançı qeyd edib.