“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Fransua Platonun məlumatına görə, misirli futbolçu mersisaydlılarla yeni müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. Bu mövsüm Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur.
Hazırda “Liverpul” 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir.