Məğlubedilməz boksçu  həbsxanaya düşdü
28 dekabr 2022 13:29 (UTC +04:00)

Məğlubedilməz boksçu həbsxanaya düşdü

Məğlubedilməz amerikalı boksçu Cervonta Devis məişət zorakılığı ittihamı ilə həbs edilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 28 yaşlı idmançı dekabrın 27-də Florida ştatında saxlanılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Devisin növbəti döyüşü yanvarın 7-nə planlaşdırılıb. O, Dünya Boks Assosiasiyasının (WBA) yüngül çəki dərəcəsində titulunu qoruyacaq. Onun rəqibi dominikanlı Ektor Luis Qarsiya olmalıdır - WBA versiyasına görə ikinci yüngül çəkidə dünya çempionu. Beləliklə, Qarsiya çəki kateqoriyasını dəyişəcək.

Devis əvvəllər də həbs edilib. 2020-ci ildə o, basketbol oyunu zamanı keçmiş sevgilisini döyməkdə günahlandırılsa da, boksçu özünü təqsirli bilməyib.

Ümumilikdə, Devis karyerasında 27 döyüş keçirib və bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. 25 döyüşdə nokautla qalib gəlib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar