Medal kolleksiyaçıları – Pekin-2022-yə doğru
29 yanvar 2022 02:25 (UTC +04:00)

Medal kolleksiyaçıları – Pekin-2022-yə doğru

Qış Olimpiadasında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, indiyədək 6 atlet 10 və ya daha çox mükafat əldə edib.

Cədvələ norveçlilər başçılıq edir. Marit Byorqen 1-ci, Ole-Eynar Byorndalen 2-ci, Byorn Deli 3-cüdür. Bu “üçlük” birlikdə 40 medal qazanıb.

“Top-6”da yalnız İren Vust karyerasını davam etdirir. O, cədvəldə daha da irəliləmək imkanından Pekində yararlanmağa çalışacaq.

1. Marit Byorqen (Norveç, xizək idmanı) – 15 medal (8 qızıl, 4 gümüş, 3 bürünc)
2. Ole-Eynar Byorndalen (Norveç, biatlon) – 13 medal (8 qızıl, 4 gümüş, 1 bürünc)
3. Byorn Deli (Norveç, xizək idmanı) – 12 medal (8 qızıl, 4 gümüş)
4. İren Vust (Niderland, komkisürmə) – 11 medal (5 qızıl, 5 gümüş, 1 bürünc)
5. Raisa Smetanina (SSRİ, xizək idmanı) – 10 medal (4 qızıl, 5 gümüş, 1 bürünc)
6. Stefaniya Belmondo (İtaliya, xizək idmanı) – 10 medal (2 qızıl, 3 gümüş, 5 bürünc)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464
avatar

Oxşar yazılar