Fransalı hücumçu Kilian Mbappe Paris Sen-Jermen-in müqavilənin uzadılması təklifini növbəti dəfə rədd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Ramon Alvares de Mont məlumat verib.
Daha əvvəl futbolçu müqavilənin avtomatik uzadılması variantından imtina etmişdi. Qeyd olunur ki, hazırda hücumçunun komandadakı gələcəyi ilə bağlı qərar PSJ-nin prezidenti Nasser Əl-Xelaifidə qalır.