PSJ Liqa1-də “Anje”ni 3:0 hesabı ilə məğlub edib.
Apasport.az saytının məlumatına görə, qarşılaşmada hesabı Kilian Mbappe açıb.
Bu, 23 yaşlı oyunçunun PSJ-nin çempionat matçlarındakı 113-cü qolu olub. O, bu göstəricidə Zlatan İbrahimoviçə çatıb.
Kilianla Mbappe PSJ-nin tarixində çempionatdakı ən yaxşı bombardirlər siyahısında ikinci yerə şərikdir.
Mbappe bu qədər qolu 137 oyunda vurub. Zlatan isə 122 matça çıxıb.
Klubun Liqa1-dəki bombardiri isə Edinson Kavanidir. Uruqvaylı hücumçu 138 dəfə fərqlənib.