İtaliyalı jurnalist Daniel Riolo PSJ-nin hücumçusu Kilian Mbappenin həyat tərzini tənqid edib.
“Cəzaya görə Mbappe yeni mövsümə pis hazırlaşıb. Çox zəif hazırlaşanda meydanda daha az iş görürsən.
Mbappenin lider olduğu bir yer varsa, o da Parisdəki ən ədəbsiz məclislərdir. Ətrafdakılar onun reputasiyasından danışır... O, çox diqqətli olmalıdır, çünki bu həyat tərzinin nəticəsini çox gözləməli olmayacaq”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, jurnalist bildirib.
Dünya çempionatından sonra Mbappe daha da populyarlaşıb və müxtəlif şou-biznes tədbirlərinin qonağı olub.
Fransa çempionatının bu mövsümündə Mbappe altı oyunda iştirak edib, 7 qol vurub. O, 1-ci Liqanın bombardiridir.
Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer baş tutmayıb.