Mbappe dünya çempionatının finalından sonra  Messiyə nə deyib?
29 dekabr 2022 18:07 (UTC +04:00)

Mbappe dünya çempionatının finalından sonra Messiyə nə deyib?

PSJ-nin və Fransa milli futbol komandasının hücumçusu Kilian Mbappe dünya çempionatının finalından sonra argentinalı Lionel Messi ilə söhbətin məzmununu açıqlayıb. 

Lent.az bildirir ki, bu barədə “Sportskeeda” xəbər verir.

“Onu qələbə münasibətilə təbrik etdim. Onun üçün də, mənim üçün də həyatının məqsədi idi, amma bacarmadım. Ona görə də mən yaxşı oyunçu olmağa davam etməliyəm”, - Mbappe bildirib.

Hücumçu daha əvvəl millisinin Qətərdəki məğlubiyyətini “Bunu heç vaxt həzm etməyəcəyəm” ifadəsi ilə dəyərləndirmişdi. Futbolçu əlavə edib ki, turnirdəki uğursuzluq PSJ-dəki çıxışına təsir etməməlidir, çünki o, klubla 2022/2023 mövsümünün əsas turnirlərində qalib gəlmək əzmində qalır.

Dekabrın 18-də dünya çempionatının həlledici oyununda Fransa yığması argentinalılara uduzub. 
 

# 2034
avatar

Oxşar yazılar