Mbappe 100 milyona ÇATDI
07 mart 2023 01:50 (UTC +04:00)

Mbappe 100 milyona ÇATDI

Kilian Mbappe yaşıl meydanlarda olduğu kimi sosial şəbəkələrdə də fərqlənməkdə davam edir.

Lent.az xəbər verir ki, PSJ-nin 24 yaşlı hücumçusunun “İnstaqram” izləyicilərinin sayı 100 milyona çatıb.

Fransalı futbolçu dünyada bu göstəriciyə nail olan 30-cu tanınmış şəxs və 6-cı idmançıdır. 

İdmançılar arasında izləyici sayına görə ilk sırada Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo qərarlaşıb -556 milyon izləyici. Argentinalı Lionel Messi (437 milyon), hindistanlı kriketçi Virat Kohli (239 milyon), braziliyalı futbolçu Neymar (205 milyon) və basketbolçu LeBron Ceyms (147milyon) siyahıda yer alan digər atletlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar