Marko Asensio modellə əlaqəsini  təsdiqlədi
30 sentyabr 2025 16:25 (UTC +04:00)

Marko Asensio modellə əlaqəsini təsdiqlədi

0

"Fənərbağça"nın ulduzu Marko Asensio model Lavinia Leonardla ad günü şərəfinə foto paylaşaraq münasibətlərini təsdiqləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyun ayında cütlük eyni məkandan - İtaliyanın Sardiniya şəhərindəki dəbdəbəli 7Pines kurortundan fotolar paylaşmışdı.

Cütlük ilk ictimaiyyət qarşısına çıxışını fevralın 28-də “Aston Villa”nın İngiltərə Kubokunda “Kardiff”  üzərində qələbəsindən sonra ediblər.

Xatırladaq ki, Asensio 2024-cü ilin iyununda Sandra Qaraldan boşanıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar