Mario Balotellidən Zlatan İbrahimoviçə  SƏRT CAVAB
17 oktyabr 2023 18:43 (UTC +04:00)

Mario Balotellidən Zlatan İbrahimoviçə SƏRT CAVAB

"Adana Dəmirspor"un italiyalı hücumçusu Zlatan İbrahimoviçə çox danışılacaq cavab verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, keçən iyun ayında "Milan"da oynamağı dayandıran Zlatan İbrahimoviç Mario Balotellini tənqid edərək, "Onun istedadı ilə öz gələcəyini yaratmaq imkanı var idi, lakin Balotelli bunu əldən verdi" demişdi.   

"Adana Dəmirspor"un italyan ulduzu sosial media hesabında Zlatana "Çempionlar Liqası kuboku" sözləri ilə cavab verib. Balotelli 2009-2010-cu il mövsümündə "İnter"də çıxış etdiyi zaman Çempionlar Liqasının qalibi olub. 

Əfsanəvi isveçli hücumçu Avropa nəhənglərində oynasa da, karyerasında Çempionlar Liqasının kubokunu qaldıra bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Oxşar yazılar