“Mançester Yunayted”in satışı baş tutmaması səbəbindən  iğtişaşlar   ola bilər
16 oktyabr 2023 16:42 (UTC +04:00)

“Mançester Yunayted”in satışı baş tutmaması səbəbindən iğtişaşlar ola bilər

"Mançester Yunayted" klubun satışının baş tutmaması ilə əlaqədar mümkün iğtişaşlar qorxusu fonunda növbəti ev oyununda təhlükəsizliyi gücləndirəcək. 

Lent.az bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Keçən həftə məlum olub ki, “Mançester Yunayted”in hazırkı sahibləri Qleyzer ailəsi klubu Qətər şeyxi Casim bin Həməd Al Taniyə satmayacaq, ancaq klubdakı 25 faizlik payını “İneos”un rəhbəri Cim Ratkliffə satmaqla kifayətlənəcək. .

Klub hesab edir ki, növbəti ev oyununda azarkeşlər iğtişaşlar yarada, bununla da öz narazılıqlarını ifadə edə bilərlər. Bununla bağlı Çempionlar Liqasının qrup mərhələsinin oktyabrın 24-də “Kopenhagen”lə keçiriləcək ev oyununda təhlükəsizlik tədbirlərinin ciddi şəkildə artırılması gözlənilir.

Klub həmçinin oktyabrın 29-da İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində “Mançester Siti” ilə derbi zamanı etiraz hərəkətləri gözləyir. Artıq azarkeşlər arasında oyunu boykot etmək və ya oyun zamanı nümayişkaranə şəkildə stadionu tərk etmək zərurəti barədə danışılır.

“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində lider “Tottenhem” və “Arsenal”dan 8 xal geri qalaraq 10-cu yerdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2583
avatar

Oxşar yazılar