“Mançester Yunayted”in oyunçusuna  zorakılıq İTTİHAMI:   Sevgilisi döyülmə izlərini göstərdi
30 yanvar 2022 17:14 (UTC +04:00)

 “Mançester Yunayted”in oyunçusuna zorakılıq İTTİHAMI: Sevgilisi döyülmə izlərini göstərdi

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun sevgilisi, britaniyalı model Harriet Robson futbolçunu fiziki zorakılıqda ittiham edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qız bu barədə özünün “Instagram” səhifəsində məlumat yayıb. 

Robson döyülmə əlamətlərini əks etdirən bir neçə fotoşəkil yerləşdirib: o, yarılmış dodağını, həmçinin bədəninin müxtəlif yerlərində bir neçə qançırları da göstərib.

“Qrinvudun həqiqətən mənə nə etdiyini bilmək istəyənlərin hamısı üçün”, - Robson yazıb. 

Bundan əlavə, model bir neçə audio yazı dərc edib. Onlarda futbolçu qızla kobud şəkildə yüksək səslə ünsiyyət qurur.

20 yaşlı Qrinvud "Mançester Yunayted"in yetirməsidir. Bu mövsüm o, mankunianların heyətində bütün yarışlarda 24 oyun keçirib. Futbolçunun altı qol və iki məhsuldar ötürməsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar