"Atletiko”nun hücumçusu Joau Feliks Kriştiano Ronaldonu əvəzləmək üçün "Mançester Yunayted"ə keçə bilər.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Mənbənin məlumatına görə, tanınmış agent Jorje Mendeş portuqaliyalı ilə bağlı mankunianlara təklif irəli sürüb.
Xatırladaq ki, Feliks 2019-cu ildən "Atletiko”da çıxış edir. Madrid klubunun tərkibində 129 görüşdə iştirak edib, 33 qol vurub və 18 məhsuldar ötürmə verib.