İngiltərənin "Mançester Yunayted" futbol klubu son 60 ildə mövsümə ən pis start verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, noyabrın 1-də İngiltərə Liqa Kubokunun 1/8 finalında "Nyukasl"a məğlub olan mankunianlılar (0:3) bu mövsümün start 15 oyununda səkkizinci məğlubiyyətini alıb. Bu, 1962/1963 mövsümündən bəri ən pis nəticədir. O zaman komanda 15 oyunda doqquz məğlubiyyətlə başlayıb.
Oktyabrın 29-da İngiltərə Premyer Liqasının onuncu tur oyununda "Mançester Siti" "Mançester Yunayted"i məğlub edib. Mançester derbisi 3:0 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb.
On turdan sonra “qırmızı şeytanlar” İngiltərə çempionatında səkkizinci pillədə qərarlaşıb. Çempionlar Liqasının üç turundan sonra “Mançester Yunayted” üçüncü sıradadır.