"Mançester Yunayted"dən Premyer Liqa tarixinin  ən pis startı
01 oktyabr 2023 17:00 (UTC +04:00)

"Mançester Yunayted"dən Premyer Liqa tarixinin ən pis startı

Sentyabrın 30-da “Mançester Yunayted” Premyer Liqanın 7-ci turunun ev oyununda “Kristal Pelas”a uduzub (0:1). 

Lent.az xarici mediaya istinadla bildirir ki, mankunianlılar tarixdə ilk dəfə İngiltərə Premyer Liqasında keçirdiyi 7 açılış oyunundan 4-də məğlub olub.

Bu, mankunianlılar üçün İngiltərə çempionatında son 34 ildə ən pis başlanğıcdır (Premyer Liqa 1992-ci ildə yaranıb). “Qırmızı şeytanlar” “Tottenhem” (0:2), “Arsenal” (1:3), “Brayton” (1:3) və “Kristal Pelas”a uduzub. Bu mövsüm digər üç oyunda Erik ten Haqın yetirmələri “Vulverhempton” (1:0), “Nottinqem Forest” (3:2) və “Bernli” (1:0) üzərində qələbə qazanıblar.

Yeddi oyundan sonra "Mançester Yunayted" 9 xal toplayıb və hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir. Mankunianlılar ötən mövsümün sonunda Premyer Liqada 3-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3360
avatar

Oxşar yazılar