“Mançester Yunayted” futbolçusu Nemanya Matiç ilə yollarını ayırmağa qərar verib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, serb yarımmüdafiəçi yayda transferə çıxarılacaq.
Klub rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq 33 yaşlı futbolçunu heyətdə saxlamağa ehtiyac duymur. O, yeni baş məşqçi olacağı gözlənilən Erik Ten Haqın planlarına uyğun gəlmir. Bu üzdən də onun satılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Nemanya cari mövsümdə keçirdiyi 26 oyunda 2 məhsuldar ötürmə verib.