“Atletiko Mineyro”nun futbolçusu Savio Moreyra karyerasını İngiltərədə davam etdirə bilər.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, 17 yaşlı hücumçu “Mançester Siti”nin maraq dairəsinə düşüb.
Premyer Liqa təmsilçisi gənc braziliyalı üçün 6,5 milyon avro ödəməyə razıdır. Mançesterlilər bundan əlavə bonuslar verməyə də hazırdır.
“Şəhərlilər” Savionu aldıqdan sonra icarəyə verməyi planlaşdırır. Bunun üçün ən uyğun variant PSV sayılır.
Qeyd edək ki, “Arsenal”la “Zalsburq” da Savionu transfer etmək istəyir.