“Mançester Siti” "Real"ın əsas hücumçusunu  alır
11 avqust 2025 20:37 (UTC +04:00)

“Mançester Siti” "Real"ın əsas hücumçusunu alır

“Real”ın hücuimçusu Rodriqo böyük ehtimalla bu yay “Mançester Siti”yə keçəcək.

Lent.az xəbər verir ki, ingilis klubu Rodriqonun transferi imkanını nəzərdən keçirir.

Xatırladaq ki, klub artıq Cek Qrilişlə yollarını ayırıb, yaxın zamanda Ceyms Makati və Savio da gedə bilərlər.

Buna görə də “şəhərlilər” hücum xəttini təcili gücləndirməlidirlər. Rodriqo hazırda “Real”da qeyri-müəyyən vəziyyətdədir və Qvardiolanın hər zaman bəyəndiyi braziliyalı futbolçudur. Üstəlik, madridlilər oyunçunu tələb olunan 100 milyon avro qarşılığında asanlıqla buraxacaqlar ki, bu da “Siti” üçün problem olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290

Oxşar yazılar