“Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysla maraqlanır.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Fernandinyo yayda klubu tərk edəcəyindən, “şəhərlilər” bu boşluğu 23 yaşlı oyunçu ilə doldurmağı planlaşdırır.
Bununla bağlı Raysın özü ilə təmasa keçən Mançester klubunun rəsmiləri onun gələcək planları barədə məlumat əldə edib. İngiltərə millisinin üzvü yetirməsi olduğu “Çelsi”yə qayıtmağı arzulayır, lakin londonluların onu transfer etmək ehtimalı yoxdur. Bu üzdən “Mançester Siti” onun uğrunda mübarizədə daha şanslı görünür.