“Mançester Siti” “River Pleyt”in 17 yaşlı yarımmüdafiəçisi Klaudio Eçeverri ilə razılaşıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “vətəndaşlar” argentinalı üçün 25 milyon avro ödəməyə hazırdır və bununla da Eçeverrini transfer etmək uğrunda mübarizədə “Barselona”nı məğlub edir. Müqavilədən sonra yarımmüdafiəçi icarə əsasında daha bir il “River Pleyt”də qalacaq. Futbolçunun “Siti” ilə müqaviləsi 5 illik olacaq.
Eçeverri “River Pleyt”in yetirməsidir və akademiyadan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin dekabrına qədərdir. Transfermarkt argentinalıya 12 milyon avro qiymət qoyub.
Bu mövsüm Eçeverri altı oyun keçirib və bir məhsuldar ötürmə edib.
19 turdan sonra “Siti” Premyer Liqada 37 xalla 4-cü pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (42 xal).