Mahir zədələndiyini baş məşqçidən gizlədib - AÇIQLAMA
26 mart 2022 14:22 (UTC +04:00)

Mahir zədələndiyini baş məşqçidən gizlədib - AÇIQLAMA

Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç komandanın futbolçusu Mahir Emrelinin zədəsi haqda danışıb.

Lent.az xəbər verir ki, o, millimizin üzvü ilə bağlı deyib: "Emreli bizə tam hazırlıqsız gəldi.

O, koronavirusun ağır formasını keçdi. Oynamamasının səbəbi də bu idi. "Hayduk"la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi və ona əsas heyətdə yer verdim. Sonra ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik".

Kopiç deyib ki, Emreli zədələnməsini ondan gizlətmək istəyib:  Ondan zədələndiyini niyə demədiyini soruşdum. Cavabında  komandaya gücləndirici kimi gəldiyini və  ondan çox şey gözlənildiyini dedi.  Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini söylədi".

Qeyd edək ki, M.Emreli "Hayduk"la görüşün (0:0) 56-cı dəqiqəsində əvəzlənib. O, zədə səbəbindən yoldaşlıq oyunları üçün millimizə çağırılmayıb./qol.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar