Mahir Emreli yenə heyətdən KƏNARDA QALDI
19 iyul 2022 15:28 (UTC +04:00)

Mahir Emreli yenə heyətdən KƏNARDA QALDI

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun daha bir oyununu buraxacaq.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 25 yaşlı forvard Çempionlar Liqasının II təsnifat mərhələsində “Şkupi” ilə keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

Bunu Xorvatiya çempionunun baş məşqçisi Ante Çaçiç açıqlayıb. Çalışdırıcı bildirib ki, ölkə çempionatının I turunda “Lokomotiva” (3:2) ilə görüşü buraxan Mahir Emreli, Boşko Şutalo və Marko Bulat Şimali Makedoniya təmsilçisinə qarşı bugünkü dueldə də heyətdə yer almayacaq.

Qeyd edək ki, “Dinamo” ilə “Şkupi” arasında “Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar