Mahir Emreli CƏZALANDIRILDI: Bu vaxtadək  futbol oynaya bilməyəcək
06 oktyabr 2022 21:40 (UTC +04:00)

Mahir Emreli CƏZALANDIRILDI: Bu vaxtadək futbol oynaya bilməyəcək

Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli diskvalifikasiya olunub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, FİFA 25 yaşlı hücumçunun futbol fəaliyyətinə qadağa qoyub.

Bunu Polşanın "Legiya" klubunun hüquqi və inzibati direktoru Yakub Laskovski açıqlayıb. O, sosial şəbəkə paylaşımında Mahirin sabiq klubu qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmədiyini bildirib. Bu üzdən FİFA-ya şikayət edən Varşava klubunun müraciətinə baxılıb və Emreli cəzalandırılıb. Hücumçu "Legiya"ya qaytarmalı olduğu 100 min avronu ödəyənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, 2021/22 mövsümünün ilk yarısını "Legiya"da keçirən Mahir bu ilin əvvəlində "Dinamo"ya keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4446
avatar

Oxşar yazılar