Mahir Emreli bu gün oynayacaq? - AÇIQLAMA
12 fevral 2022 09:38 (UTC +04:00)

Mahir Emreli bu gün oynayacaq? - AÇIQLAMA

Zaqreb "Dinamo"sunun baş məşqçisi Zelko Kopiç Xorvatiya çempionatının 23-cü turunda keçiriləcək "Qoritsa" ilə matç öncəsi yeni transfer Mahir Emreli haqda danışıb.

Lent.az xəbər verir ki, o, millimizin üzvünün sözügedən görüşdə debüt edib-etməyəcəyi ilə bağlı deyib: “Emreli komanda ilə məşq edir və bugünkü məşqdən sonra oyun üçün hər şeyin necə olacağını görəcəyik. Hücum xəttində əsasən yüksək keyfiyyətli oyunçularımız var”.

Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo" - "Qoritsa" görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.
/qol.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar