İtaliyalı jurnalist “Çelsi”nin hücumçusu Romelu Lukakunu alçaltdığı üçün televiziya verilişindən qovulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, “İnter”in fanatı, jurnalist Luisi Furini Telelombardiyada “Çelsi”nin forvardını qaradərili adlandırıb. O, bu sözün tez-tez işləndiyini qeyd edərək üzr istəməkdən imtina edib və nəticədə daha sonra şoudan kənarlaşdırılıb.
Qeyd olunur ki, jurnalist italyan dilində aşağılayıcı və alçaldıcı xarakter daşıyan söz işlədib.
“İrqçi sözlər zarafat deyil (etimologiyasından asılı olmayaraq). Səhvlər və anlaşılmazlıqlar bizim üçün qəbuledilməzdir. Və gecikmiş üzr istəmək kifayət deyil. Həmkarımız Furininin belə ciddi səhvə yol verməsindən təəssüflənirik. Təcili tədbirlər qaçılmazdır”, - Telelombardia rəhbəri Fabio Ravezzani yazıb.