Luçesku Türkiyəyə qayıda bilər
25 aprel 2022 19:57 (UTC +04:00)

Luçesku Türkiyəyə qayıda bilər

Mirça Luçesku baş məşqçi kimi Türkiyə çempionatına qayıda bilər. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, rumıniyalı çalışdırıcı “Fənərbağça”da baş məşqçi postuna əsas namizədlərdən biridir.

İndi komandanın baş məşqçisi bu ilin yanvarında vəzifəyə gətirilən İsmayıl Kartaldır. Onun rəhbərliyi altında klub yaxşı nəticələr göstərsə də, “kanaryalar”ın rəhbərliyi onunla mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləni yeniləmək fikrində deyil.

Bu yerə əsas namizəd Jorje Jesusdur. Məlumata görə, artıq portuqaliyalı ilə görüş keçirilib və bütün məşqçi heyəti üçün illik 7 milyon avroluq müqavilə təklif olunub. Mütəxəssis, deyəsən əleyhinə deyil, amma hələ cavab verməyib.

Portuqaliyalı variantı alınmasa, "Fənərbağça" Mirça Luçeskuya üz tutacaq. Gözlənilir ki, 76 yaşlı mütəxəssis Ukraynadakı müharibə səbəbindən Kiyevin “Dinamo” klubunu tərk edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Oxşar yazılar