“Liverpul” heyətinə yeni yarımmüdafiəçi qatacaq.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, mersisaydlılar Fabio Karvalyo ilə güclənəcək.
“Fulhem”in oyunçusunun keçidi razılaşdırılıb. O, klubunun razılığı ilə tibbi müayinədən də keçib.
5 illik müqavilə imzalayacaq Fabio 2027-ci ilədək “Liverpul”un formasını geyinəcək. Bu keçid üçün 5 milyon avro ödəniləcək. 2,7 milyonluq əlavə bonuslar da nəzərdə tutulub. Klub rəhbərliyi yeni oyunçunu icarəyə verməyi planlaşdırmır.
Qeyd edək ki, Karvalyo cari mövsümdə 27 matçda 7 qol vurub.