Dortmund "Borussiya"sının və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem "Liverpul"a keçə bilər.
Lent.az bildirir ki, bu barədə jurnalist Matteo Moretto sosial şəbəkələrdə məlumat verib.
Qeyd olunur ki, Britaniya klubu 2023-cü ilin yayında 19 yaşlı yarımmüdafiəçi üçün “Dortmund”a 150 milyon avro ödəməyə hazırdır. Daha əvvəl məlum olmuşdu ki, "Real" futbolçu üçün belə bir məbləğ ödəmək istəmədiyindən onu transfer etməkdən imtina edib. Yarımmüdafiəçi ilə "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti”nin də maraqlandığı bildirilir.
Xatırladaq ki, Bellinqhemin "Borussiya" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.