“Liverpul” “Brayton”un yarımmüdafiəçisi Moyzes Kaysedo üçün 127 milyon avro dəyərində təklif edib.
Lent.az xarici mediaya istinadla bildirir ki. “Brayton” təklifi qəbul edib və hər şey plana uyğun getsə, transfer avqustun 11-i cümə günü həyata keçiriləcək.
Bu keçid İngiltərə klubları üçün rekord olacaq. Bu ilin yanvarında “Çelsi” “Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandezin 121 milyon avroya transferini başa çatdırıb.
2022/23 mövsümündə Kaysedo bütün yarışlarda 43 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
21 yaşlı ekvadorlu futbolçunun “Brayton”la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Portal Transfermarkt futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.