Levandovskini əvəzləyəcək futbolçu tapıldı
01 may 2022 08:46 (UTC +04:00)

Levandovskini əvəzləyəcək futbolçu tapıldı

0

“Bavariya” qolçusu Robert Levandovskinin mövsümün sonunda komandanı tərk edəcəyi ilə barışıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Almaniya klubu artıq yeni hücumçusunu da müəyyənləşdirib.

Bundesliqa çempionu “Real”ın forvardı Luka Yoviçin polşalıya layiqli əvəzləyici olacağını düşünür. Serbiya millisinin üzvü “kral klubu”nda heyətə düşə bilmədiyi üçün komandanı tərk etmək istəyir. Bu da münhenliləri onu ucuz qiymətə transfer etməyə ümidləndirir. Tezliklə tərəflər arasında danışıqlara start veriləcək.

Qeyd edək ki, Luka Yoviçin “Real”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2477

Oxşar yazılar