Lempard "Çelsi" azarkeşlərindən  üzr istədi  - SƏBƏB
02 may 2022 19:33 (UTC +04:00)

Lempard "Çelsi" azarkeşlərindən üzr istədi - SƏBƏB

0

"Çelsi"nin əfsanəsi və hazırda "Everton"un baş məşqçisi Frenk Lempard London klubunun azarkeşlərindən üzr istəyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssis komandasının “mavilər” üzərində qələbəsini çox çılğınlıqla qeyd edib və davranışından narahat olub.

Buna görə də Liverpul klubunun baş məşqçisi “Çelsi” azarkeşlərindən ona əsəbiləşməmələrini istəyib.

"Çelsi”yə və azarkeşlərə böyük hörmətim var. Ümid edirəm ki, qələbədən sonra niyə bu qədər emosional olduğumu başa düşürlər.

Bu gün qələbəyə onlardan daha çox ehtiyacımız var idi. Mən dürüst olmalıyam. Mənim üçün bu gün hər şey “Everton”la bağlı idi. Azarkeşlərimizin həyatı üçün nə demək olduğunu görəndə üç xal bizim üçün çox vacibdir”, - Lempard vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2051

Oxşar yazılar