“Legiya”nın futbolçusu:  “Mahirin münasibətində dürüstlük yox idi”
05 fevral 2022 14:21 (UTC +04:00)

“Legiya”nın futbolçusu: “Mahirin münasibətində dürüstlük yox idi”

“Legiya”nın yarımmüdafiəçisi Bartoş Kapustka Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandadan ayrılmasına münasibət bildirib.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 26 yaşlı orta sahə oyunçusu Zaqreb “Dinamo”suna keçən sabiq komanda yoldaşını günahlandırıb.

Polşa millisinin sabiq üzvü bu məsələdə klubun maraqlarını qoruyub: “Mahir özünü pis hiss edə bilərdi, başı lazım olduğu kimi işləmədi. Emreli “Legiya”dakı macərasının əvvəlində qol vura biləcəyini sübut etdi. Ancaq onun komandaya və məşqçilər korpusuna münasibətində ünsiyyət və dürüstlük yox idi. İlin sonunda Mahirlə bağlı başqa məlumatlar aldıq. Tətilə gedəndə vəziyyət dəyişdi. Mənim onunla əlaqəm olmayıb”.

Qeyd edək ki, “Legiya”da olarkən yerli azarkeşlərin hücumuna məruz qalan Mahir Emreli bu üzdən Varşava klubuna qayıtmaqdan imtina edib. Daha sonra o, Xorvatiya təmsilçisi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751
avatar

Oxşar yazılar