Macarıstandan kədərli xəbər gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, gimnast Silvestr Çollan 51 yaşında vəfat edib.
Çollan dekabrın əvvəlində koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilib və bir neçə həftəni süni nəfəs aparatında keçirib.
Çollan karyerası ərzində müxtəlif yarışlarda çoxlu mükafatlar qazanıb. 2000-ci ildə Sidneydə Olimpiya çempionu, 1996-cı ildə Atlantada gümüş medal qazanıb.
Gimnastın dünya çempionatında bir qızıl və beş gümüş medalı var. Avropa çempionatının qızıl, gümüş və dörd bürünc medalını da qazanıb.