Konfrans Liqasının püşkü atıldı
26 avqust 2022 17:24 (UTC +04:00)

Konfrans Liqasının püşkü atıldı

Bu gün Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunub.

Qitənin üçüncü dərəcəli klub turnirinin püşkatmasında 32 komanda 8 qrupa bölünüb. Bu turnirdə qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq. 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Avropa Liqasında qrup üçüncüsü olanlarla görüşəcək.

Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

A qrupu
“Başakşəhər” (Türkiyə)
“Fiorentina” (İtaliya)
“Harts” (Şotlandiya)
RFS (Latviya)

B qrupu
“Vest Hem” (İngiltərə)
“Styaua” (Rumıniya)
“Anderlext” (Belçika)
“Silkeborq” (Danimarka)

C qrupu
“Vilyarreal” (İspaniya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Austriya” (Avstriya)
“Lex” (Polşa)

D qrupu
“Partizan” (Serbiya)
“Köln” (Almaniya)
“Nitsa” (Fransa)
“Slovaçko” (Çexiya)

E qrupu
“Alkmaar” (Niderland)
“Apollon” (Kipr)
“Vaduts” (Lixtenşteyn)
“Dnepr-1” (Ukrayna)

F qrupu
“Gent” (Belçika)
“Molde” (Norveç)
“Şemrok Rovers” (İrlandiya)
“Dyurqarden” (İsveç)

G qrupu
“Slaviya” (Çexiya)
ÇFR (Rumıniya)
“Sivasspor” (Türkiyə)
“Balikani” (Kosovo)

H qrupu
“Bazel” (İsveçrə)
“Slovan” (Slovakiya)
“Jalgiris” (Litva)
“Pünik” (Ermənistan)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar