“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.
Apasport.az saytının məlumatına görə, son illərdə mövsümə Çempionlar Liqasında start verən Ağdam klubu bu dəfə Konfrans Liqasında mübarizəyə başlayacaq.
Qurban Qurbanovun yetirmələri mövsümün ilk matçını evdə keçirəcək. Ağdamlılar II təsnifat mərhələsində “Aşdod”la üz-üzə gələcək.
İsrail klubu ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Ardıcıl 7 mövsüm avrokubokların qrupunda oynayan “Qarabağ” favoriti olduğu cütdə üstünlük qazanmaq üçün evdə inamlı qələbə əldə etməlidir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftədən sonra İsraildə təşkil olunacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu