“Anderlext”in baş məşqçisi Vensan Kompani yenidən İngiltərədə çalışa bilər.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, “Mançester Siti”nin sabiq müdafiəçisinin bu dəfə baş məşqçi kimi fəaliyyət göstərməsi gündəmdədir.
Baş məşqçi axtarışında olan “Bernli” belçikalı mütəxəssisi dəvət etməkdə maraqlıdır. Onunla yanaşı, “Derbi Kaunti”nin çalışdırıcısı Ueyn Runi də namizədlər arasındadır. “Bernli” hazırda 31 xalla Premyer Liqada 17-ci pillədə qərarlaşıb. Komandanı təhlükəli zonadan 2 xal ayırır.
Qeyd edək ki, 2020-ci ilin avqustunda “Anderlext”də futbolçu-məşqçi kimi çıxış edən 36 yaşlı Kompani hazırda Belçika klubuna rəhbərlik edir.