"Qalatasaray" Kərəm Aktürkoğlunun burun əti böyüməsi və burun divarı problemi səbəbiylə əməliyyat olunduğunu açıqlayıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, açıqlamada bildirilir: “Peşəkar futbolçumuz Kerem Aktürkoğlu, sponsorumuz olan Medicana Ataköy xəstəxanasında turbinat hipertrofiyası və burun çəpərinin deviasiyası (burun ətinin böyüməsi və burun divarı problemi) səbəbiylə uğurlu əməliyyat keçirib.
Futbolçumuzun səhhəti yaxşıdır və gecəni xəstəxanada müşahidə altında keçirəcək.
Oyunçumuza tezliklə sağalmasını arzulayırıq”.